Bakıda daha bir nümunəvi həyət Milli Qurtuluş Günü ərəfəsində Səbail rayonunda daha bir həyətdə əsaslı təmir başa çatmışdır.

Bakı şəhərinin mərkəzində - Üzeyir Hacıbəyov küçəsi, 45 ünvanda yerləşən nümunəvi həyət bayrama hədiyyə olaraq istifadəyə verilmişdir. 
Səbail rayonunda aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri çərçivəsində may ayında bu ünvanda yerləşən 39 saylı uşaq bağçasında əsaslı təmir işləri aparılmışdı. Bağçanın istifadəyə verilməsindən sonra onun kollektivi və sakinlər tərəfindən bu həyətin də təmir olunması ilə bağlı müraciətlər etmişdi. Qısa müddət ərzində Səbail RİH-nin və Səbail Bələdiyyəsinin maliyyə imkanları hesabına burada xeyli iş görülmüşdür.
İlk növbədə, Üzeyir Hacıbəyov küçəsi tərəfindən fasadına üzlük daş döşənmiş binaların daxili fasadları və blok qapıları təmir olunaraq rənglənmişdir. Həyətin mərkəzində mini stadion düzəldilmiş, bura asfalt salınmış, futbol qapıları quraşdırılmışdır. Stadion dəmir tor hasara alınmış və rənglənmişdir. Həyətin bir hissəsində uşaqlar üçün oyun meydançası yaradılmış, yelləncəklər və əyləncə qurğuları qurulmuşdur. Keçid yollarına 500 kvadratmetr tamet döşənmişdir. Həyətdə bir yeni söhbətgah qurulmuş, yeni oturacaqlar qoyulmuş, səkilərin bardürləri yeniləri ilə əvəz olunmuş, 3500 kvadratmetr sahədə yeni asfalt salınmışdır.
Açılış mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov sakinlərlə görüşmüş, onlara son vaxtlar rayon ərazisində aparılan geniş abadlıq-quruculuq işləri barədə məlumat vermişdir. O, ölkə başçısının tapşırıqlarına əsasən, sosial yönümlü obyektlərin tikintisi və əsaslı təmirinin, rayon sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin daha da artırılacağını bildirmişdir.
Həyət sakinləri, 39 saylı uşaq bağçasının kollektivi, uşaqların valideynləri Milli Qurtuluş Günü ilə bağlı istifadəyə verilmiş həyətdə görülən işlərin keyfiyyətindən çox razı qaldıqlarını, sakinlərin və körpələrin istirahəti üçün burada yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında