Zaqatala rayonunda silsilə tədbirlər

Bu əlamətdar gün münasibətiylə keçirilən ilk tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Hikmət Atayev, hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, eləcə də və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları öncə Heydər parkına gələrək ulu öndərin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, dahi rəhbərə sonsuz sevgi və ehtiramlarını bildirmişlər.
Sonra Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Milli qurtuluşumuzun zəfər yürüşü" adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin geniş məruzəsi dinlənilmişdir. Məruzəçi 1993-cü ilin iyun hadisələri ərəfəsindəki hərc-mərcliyi, yaranmış ağır vəziyyəti xatırladaraq yalnız ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində sabitliyin bərqərar olunmasından söz açmışdır. Natiq dünya şöhrətli siyasi xadimin vətən və xalq qarşısındakı xidmətlərindən, zəngin dövlət idarəçiliyi təcrübəsindən danışmış, ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında, Azərbaycanın parçalanma təhlükəsindən xilas edilməsində, iqtisadiyyatımızın, elm və təhsilimizin inkişafında, respublikamızın dünya birliyinə inteqrasiyasında müstəsna rolunu nəzərə çatdırmışdır. Natiq həmçinin ulu öndərin respublikamızın bu günü və gələcəyi naminə müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulamışdır. Rayon rəhbəri ümummilli liderimizin siyasi xəttinin bu gün də dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən əzmlə və uğurla davam etdirildiyini və xalqımızı parlaq, firavan gələcək gözlədiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.
Konfransda çıxış edən digər natiqlər ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik ideyalarını irəli sürərək sürətlə həyata keçirdiyini, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi keyfiyyətlərdən məharətlə bəhrələnərək xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olduğunu qeyd etmişlər. Konfrans ulu öndərə həsr olunmuş filmlin nümayişi ilə yekunlaşmışdır.
Konfransdan sonra tədbir iştirakçıları əsaslı təmirdən sonra istifadəyə verilən "Qala düzü" pilləkənlərinə, Yuxarı Tala yolunun yeni salınmış hissəsinə, o cümlədən bu il istifadəyə verilmiş Meşleş kənd körpüsünə baxış keçirmişlər.
Elə həmin gün "Şəhərin tarixi hissəsini tanıyaq" devizi altında rayon gənclərinin yürüşü keçirilmiş, rayon gənclər və idman idarəsinin təşkilatçılığı və rayon bələdiyyələrinin yaxından iştirakı ilə futbol üzrə rayon birinciliyinə start verilmişdir. Axşam isə Heydər parkında rayon incəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil edilmişdir.
Rayonun idarə, müəssisə və təşkilatlarında, qəsəbə və kəndlərdə Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər davam edir.

{nl}

İ.MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında