Suraxanıda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir

Heydər Əliyev Mərkəzində Azərbaycan Müəllimlər İnstitutu və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan dövlətçiliyinin xilası günüdür" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət etmiş və abidənin önünə tər güllər qoymuşlar. Sonra Heydər Əliyev Mərkəzində "Millət atası" filminə baxış olmuşdur.
Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, hər bir xalqın tarixində onun ayrılmaz tərkib hissəsinə çevrilmiş milli qurtuluş və oyanış məqamları vardır. 1993-cü ilin 15 iyunu da belə tarixi anlardandır. Həmin gün Azərbaycan xalqı təhlükə qarşısında olan dövlətini xilas etmək üçün üzünü Naxçıvana tutdu. Şərəfli həyatını bütünlüklə xalqının və dövlətinin inkişafına həsr edən ümummilli lider Heydər Əliyevə nicat yeri kimi baxdı. Adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Heydər Əliyev "Mən həyatımın qalan hissəsini də xalqıma qurban edirəm" deyib siyasi iradə nümayiş etdirərək Bakıya qayıtdı. Dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə dayanan Azərbaycan həmin gündən burulğandan xilas oldu.
Konfransda "Heydər Əliyev müasir Azərbaycan Respublikasının xilaskarıdır" mövzusunda çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı bildirmişdir ki, bir xilaskar kimi Azərbaycan tarixində Heydər Əliyevin rolu bu vaxtadək heç kimlə müqayisə edilməyəcək dərəcədə yüksəkdir. Məhz ulu öndərin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan geosiyasi sistemdə tutduğu mövqeyi ilə Avropa ilə Asiya arasında körpüyə çevrildi, Cənubi Qafqazda aparıcı ölkə kimi tanınmağa başladı. İrimiqyaslı layihələr proqramları gerçəkləşdikcə dünya Azərbaycanı təkcə iqtisadi potensialına görə deyil, intellekt kapitalına görə qiymətləndirməyə başladı. Müdrik rəhbər öz uzaqgörən siyasəti ilə ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Konfransda rayon sakini, AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov,YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan Müəllimlər İnstitutunun magistrantı, Tələbə Gənclər Təşkilatının sədri Sevinc Babayeva, 226 saylı tam orta məktəbin direktoru Əli Məmmədov çıxış etmişlər.
Milli Qurtuluş Günü münasibəti ilə Heydər Əliyev parkında axşam incəsənət ustalarının iştirakı ilə konsert təşkil olunmuşdur.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında