15 iyun 1993-cü il Azərbaycan dövlətçiliyinin xilası günüdür

Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatı tərəfindən Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyətinin həyətində ucaldılmış büstünün önünə əklil və gül dəstələri qoyulmuşdur.
Rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev tədbiri giriş sözü ilə açaraq demişdir ki, 1993-cü ilin 15 iyununda Azərbaycan xalqı təhlükə qarşısında olan dövlətini xilas etmək üçün üzünü Naxçıvana tutdu. Ümummilli lider Heydər Əliyevə nicat yeri kimi baxdı. Ulu öndər siyasi iradə nümayiş etdirərək Bakıya qayıtdı. Parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycanı burulğandan xilas etdi.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Coğrafiya İnstitutunun direktoru, respublika Ağsaqqallar Şurasının sədri Budaq Budaqov , Bakı Pedaqoji Kadrların İxtisasartırması və Yenidənhazırlanma İnstitutunun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov, tarix elmləri üzrə fəlsəfə doktoru, politoloq Yasin Qaraməmmədli çıxış edərək bildirmişlər ki, bir xilaskar kimi Azərbaycan tarixində Heydər Əliyevin rolu bu vaxtadək heç kimlə müqayisə edilməyəcək dərəcədə yüksəkdir. Bu gün Azərbaycanın yüksəldiyi ucalıq sübut edir ki, ölkəmiz ötən əsrin əvvəllərində, sadəcə, müstəqilliyinə qovuşmayıb, ulu öndərin titanik fəaliyyəti nəticəsində cəmi bir neçə illə ölçülən çox qısa zaman kəsiyində əsrlərə bərabər inkişaf, tərəqqi yolu keçmişdir. Nə qədər ki, Azərbaycan xalqı var, Azərbaycan dövləti var, Heydər Əliyev daim yaşayacaqdır.
Sonda "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda şagirdlər arasında keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında