Suraxanıda gənclərlə görüş keçirilmişdir

İyunun 14-də Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə rayon gəncləri ilə görüş keçirilmişdir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbiri açaraq xalqımızın tarixinə qızıl hərflərlə yazılmış Qurtuluş Gününün əhəmiyyətindən danışmış, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişaf yoluna qədəm qoyduğunu demişdir.
V.Seyidov gəncləri xalqımızın ümummilli lider Heydər Əliyevin ölkəmizi qüdrətli dövlətlər sırasına çıxaran siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında birləşməyə, dövlətimizin gələcəyi naminə əməli işləri ilə töhfələr verməyə səsləmişdir.
YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoymuş, anarxiya və xaosun qarşısı alınmış, ictimai-siyasi proseslər normal məcraya yönəldilmişdir.
Ə.Əhmədov ölkədə həyata keçirilən gənclər siyasətindən danışmış və bildirmişdir ki, dövlətimiz gənclərə qayğını gündən-günə artırmaqla cəmiyyətin inkişafı üçün onların qüvvəsindən ən səmərəli şəkildə istifadə olunmasını diqqət mərkəzində saxlayır. Gənclər siyasətinə bu prizmadan yanaşan YAP-ın güc mənbəyindən biri partiyanın sıralarında çoxlu sayda gənclərin olmasıdır. Sevindirici haldır ki, partiyanın 530 min nəfərdən artıq üzvündən 40 faizindən çoxu gənclərdir. Bu da onu göstərir ki, YAP Azərbaycan gəncliyini düşündürən problemləri öz siyasətində və ideyalarında əks etdirir.
Ə.Əhmədov bəzi gənclərin ölkəmizin inkişafını istəməyən qüvvələrin təsiri altına düşməsini təəssüf hissi ilə qeyd etmiş, YAP üzvü olan gəncləri həmyaşıdlarının düzgün yola dönmələrinə kömək göstərməyə çağırmışdır.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov müstəqil Azərbaycan dövlətinin mövcudluğunda 15 İyun Qurtuluş Gününün rolundan danışmış, ümummilli liderimiz Heydər Əliyevin xilaskarlıq missiyasının xalqımız tərəfindən heç vaxt unudulmayacağını vurğulamışdır.
Tədbirdə YAP rəhbərliyi ilə rayon gəncləri arasındakı diskussiya olmuş, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
Sonda fəal YAP üzvləri fəxri fərmanlarla təltif olunmuş, partiya sıralarına qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında