Özbəkistanın müdafiə naziri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olmuşdur

Özbəkistanın müdafiə naziri, general-mayor Kabul Berdiyevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində iyunun 14-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elektron Hesablayıcı Maşınlar Zavodunda olmuşdur.  
MSN-in mətbuat xidmətindən bildirmişlər ki, qonaqlara Elektron Hesablayıcı Maşınlar Zavodunun fəaliyyəti ilə bağlı geniş məlumat verilmişdir.
Özbəkistan nümayəndə heyəti zavodda zirehli texnikaların istehsal prosesini izləmişlər. Sonra nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların sərgisinə baxış olmuşdur.
Qonaqlar nazirliyin "Şərq" İstehsalat Birliyinin "AZAD Systems Co." müəssisəsində pilotsuz uçan aparatların istehsal prosesini də izləmiş, Bakı "Cihazqayırma" zavodunda modernizasiya edilən zirehli maşınlara baxmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında