Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi məsələsi müzakirə olunmuşdur

Bakıda "Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" (SCIBM) proqramının Milli İdarəetmə komitəsinin iclası keçirilmişdir. 
Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə reallaşdırılan layihənin icrasına ötən ilin sentyabrında başlanmışdır.
Proqramın icra olunduğu müddətdə sərhəd idarəçiliyi sistemlərinin tətbiqi sahəsində ciddi nailiyyətlər əldə olunmuşdur.
Dövlət Sərhəd Xidməti rəisinin müavini Fərhad Tağızadə, Dövlət Gömrük Komitəsinin idarə rəisi Şahin Bağırov layihənin əhəmiyyətindən danışmışlar.
Sonra "Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" proqramının ölkə üzrə meneceri Məzahir Əfəndiyev proqram çərçivəsində görülən işlər barədə hesabat vermiş və gələcək planlardan danışmışdır.
Bildirilmişdir ki, proqram sərhəd idarəçiliyinin təkmilləşdirilməsinə yönəldilmişdir və Avropa İttifaqının 6 üzv dövlətinin sərhəd xidmətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Ümumi dəyəri 6,3 milyon avro olan proqram 2012-ci ilin martında başa çatacaqdır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında