"Samsung Galaxy S II" smartfonunun və "Samsung Galaxy Tab 10.1" planşet kompyuterinin təqdimatı keçirildi

Dünən "Grand Hotel Europe" mehmanxanasında dünyanın aparıcı mobil qurğular istehsalçısı "Samsung Electronics" şirkəti Galaxy S II smartfonunun Azərbaycanda rəsmi təqdimat mərasimini keçirdi. 
"Samsung Electronics" şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Cey Hi Çan təmsil etdiyi şirkətinin dünyanın ən yüksək iqtisadi artım göstəricilərindən birinə malik Azərbaycanda qazandığı uğurlardan danışdı. O qeyd etdi ki, iqtisadi artım ölkədə yüksək texnoloji məhsullara olan tələbata müsbət təsir göstərir və bununla əlaqədar olaraq "Samsung Electronics" şirkəti Azərbaycanda ən qabaqcıl məhsulların təqdim olunmasına xüsusi diqqət yetirir. İKT-sahəli məhsul, xidmət və həllərə olan tələbat Azərbaycanda iqtisadiyyatın stabilliyini nümayiş etdirir.
"Samsung Electronics" şirkətinin MDB ofisinin mobil telefonların marketinqi bölməsinin rəhbəri İlya Fedotov dünya bazarında Samsung mobil qurğuların payının artdığını qeyd etdi. Onun sözlərinə görə, hazırda Samsung mobil telefonları və smartfonları öz texnoloji tərkibinə görə digər istehsalçıların əksər analoqlarını üstələyir. Təqdim olunmuş Galaxy S II smartfonunu biznes və əyləncə üçün nəzərdə tutulmuş güclü alətlərə malik müasir smartfonun təcəssümüdür.
Galaxy S II smartfonun təqdimatı Azərbaycanda mobil qurğu və innovasiyalı texnologiyalar həvəskarları üçün əsl hadisəyə çevriləcək. Galaxy S II smartfonu (GT-I9100 modeli) çox güclü ikinüvəli Samsung Exynos 1.2Ghz prosessoru ilə təchiz edilmiş və Android 2.3 (Gingerbread) platformasında çalışır. İncə (qalınlığı 8.49 mm) və yüngül (116 q) "Samsung Galaxy S II" video və fotoları 4.27-düymlü geniş parlaq Super AMOLED Plus displeyində izləməyə imkan verir. Smartfonun ekranı Galaxy S modelinin ekranından 14% daha genişdir və bu ölçüdə olan digər qurğular arasında ən effektlisidir. Oyun oynadıqda, şəkil və videokontenti izlədikdə displey əla təfərrüatlı canlı, parlaq rəngləri əks etdirir. Smartfon həmçinin 8 MP-lik kamera ilə təchiz edilmişdir ki, bu da Full HD (1080r) formatında yüksək keyfiyyətli videonu çəkməyə imkan verir.
KİV təmsilçilərinə həmçinin Android 3.0 (Honeycomb) platforması və TouchWiz istifadəçi interfeysi üzərində çalışan dünyanın ən nazik yeni "Galaxy Tab 10.1" planşet kompyuteri təqdim olundu. Yeni model HSPA+ şəbəkəsini, Bluetooth və Wi-Fi 802.11 a/b/g/n texnologiyalarını dəstəkləyir ki, bu da yüksək sürətli yükləməni təmin edir və məlumatın ötürülməsi vaxtını azaldır. 8,6 mm nazik korpusa malik "Samsung Galaxy Tab 10.1" planşet kompyuterinin çəkisi 595 qramdır.
Sonda şirkətin nümayəndələri jurnalistlərin suallarına cavab verdilər.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında