Şriftin ölçüsü:
07.05.2010 00:43 | Oxunma sayı: 493
Ümummilli lider Heydər Əliyevin 87 illik yubileyi respublikanın hər yerində olduğu kimi Ağsuda da ümumxalq bayramı kimi qeyd olunur. Yubiley tədbirlərinin keçirilməsinə nəzarət etmək üçün rayon komissiyası yaradılmış, tədbirlər planı işlənib hazırlanmış və rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmişdir.
Tədbirlər planına uyğun olaraq bütün idarə, təşkilat və müəssisələrdə yığıncaqlar keçirilmişdir. Təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilmişdir.
6 may 2010-cu il tarixində saat 10.00-da rayon Polis şöbəsinin iclas zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar yığıncaq keçirilmişdir. Yığıncaqdan öncə rayonun Heydər parkında Ulu öndərin abidəsi önünə tər gül dəstələri qoyulmaqla ziyarət edilmiş və sonra yığıncaq öz işinə başlamışdır. Yığıncaqda "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" və "Heydər Əliyev insan hüquqları və azadlıqlarının təminatçısıdır" mövzusunda məruzələr dinlənilmişdir. Çıxış edən natiqlər Heydər Əliyevin 1993-cü ilin oktyabr ayında prezidentlik fəaliyyətinə başlayan kimi Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində çoxşaxəli və çoxtərəfli danışıqlara başlanmasından danışıblar. Bildirdilər ki, o zaman ölkədəki ictimai-siyasi vəziyyət, xalqın mənəvi durumu elə bir həddə çatmışdı ki, fəal döyüş əməliyyatları yolu ilə müvəffəqiyyət qazanmaq imkanları tükənmişdi. Vahid komandanlıq altında nizami ordu yaratmaq, ayrı-ayrı adamlara xidmət edən silahlı dəstələri ləğv etmək, hazırlıqlı zabit heyəti korpusu yaratmaq, bir sözlə, həqiqi ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt lazım idi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra orduda vahid komandanlıq yarandı. Ordu quruculuğu prosesinin sürətlənməsi Azərbaycanın sülh danışıqlarında mövqelərini daha da möhkəmləndirdi.
6 may 2010-cu il tarixdə saat 11-də YAP Ağsu rayon təşkilatının iclas zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar YAP Ağsu rayon təşkilatı fəallarının iştirakı ilə yığıncaq keçirilmişdir. Yığıncaqdan öncə ulu öndərin abidəsi önünə tər gül dəstələri qoyulmaqla ziyarət olundu. Yığıncaqda YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradıcısı və memarıdır" mövzusunda məruzə ilə çıxış etmişdir. Natiq ümummilli lider Heydər Əliyevin doğma xalqına həsr olunmuş ömür yolu, ictimai-siyasi və zəngin dövlət quruculuğu fəaliyyəti barədə geniş məlumat verdi.
6 may 2010-cu il tarixdə saat 12-də Ağsu rayon Veteranlar klubunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar rayonda 30 veteranın iştirakı ilə iclas keçirilmişdir. İclasdan öncə rayonun veteranları ulu öndərin abidəsini tər gül dəstələri ilə ziyarət etmişlər. Sonra Veteran klubunda Ağsu Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Mirqubat Orucov iclası açıq elan edərək ümmumilli liderin həyat və yaradıcılıq fəaliyyətindən qısa məlumatla çıxış etmişdir.
İclasda "Heydər Əliyev xalqımızın əbədiyaşar liderdir" mövzusunda məruzə dinlənilmişdir. Veteranlar ulu öndərin Ağsu rayonuna səfərindən olan xatirələrdən danışdılar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü ilə əlaqədar Ağsu rayon Gənclər evində rayon gənclərinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə "Heydər Əliyev və Azərbaycan dövlət gənclər siyasəti" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Tədbirin sonunda "Heydər Əliyev - Dünyaya pəncərə" filmi nümayiş etdirilmişdir. Tədbir rayon gənclərinin iştirakı ilə idman yarışları ilə davam etdirilmişdir.
Rayonun Heydər Əliyev parkında rayon Mədəniyyət və Turizm şöbəsinin iştirakı ilə təşkil olunmuş "Kitab bayramı" da keçirilmişdir.
{nl}
İlqar MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.