Cəbhəyanı ərazilərdə İKT xidmətlərinin artırılması üçün tədbirlər həyata keçirilir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən düşmənlə üzbəüz təmas xəttində yerləşən rayonlarda telekommunikasiya və poçt rabitəsinin, radio-televiziya yayımının, internet xidmətlərinin günün tələbləri səviyyəsində təşkili üçün tədbirlər davam etdirilir. Sərhəd bölgələrində əhalinin rabitə xidmətlərinə, eləcə də radio və televiziya yayımına olan tələbatın öyrənilməsi məqsədi ilə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov və nazirliyin müvafiq qurumlarının rəhbərləri Ağdam rayonunun Quzanlı qəsəbəsi, Qaradağlı, Mahrızlı, Rzalar, Çəmənli, Xındırıstan kəndlərində olublar.Bu barədə nazirliyin mətbuat xidməti məlumat yaymışdır.
Quzanlıda yeni "Rabitə evi"nin tikintisi, eləcə də sözügedən kəndlərdə rabitə xidmətləri və radio-televiziya yayımının səviyyəsinə dair təklif və rəylər Ağdam Rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovun iştirakı ilə müzakirə edilib. Yerlərdən verilmiş təkliflər və İcra Hakimiyyətində aparılmış müzakirələr nəzərə alınaraq, telekommunikasiya, internet və poçt xidmətlərinin, radio-TV yayımının keyfiyyətinin və əhatəsinin artırılması üçün tədbirlər planının hazırlanması və həyata keçirilməsi qərara alınıb.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında