"İqtisadiyyat və həyat" jurnalının 50 illiyi qeyd edilmişdir

Beynəlxalq Mətbuat Mərkəzində "İqtisadiyyat və həyat" jurnalının 50 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. 
Tədbirdə baş redaktorun müavini Bəhlul Eminli bildirib ki, 1961-ci ildən 1991-ci ilədək "Texniki tərəqqi uğrunda" və "Azərbaycan xalq təsərrüfatı" adları ilə nəşr edilən "İqtisadiyyat və həyat" jurnalı öz fəaliyyət dövrü ərzində görkəmli alim və ziyalıların çoxsaylı elmi-nəzəri, təhlili materiallarını dərc edib, iqtisadiyyatın, eləcə də iqtisad elminin inkişafında, iqtisadçı alimlərin yetişməsində mühüm rol oynayıb.
Baş redaktor İmran Mehdiyev deyib ki, jurnalın fəaliyyəti bütünlüklə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin reallaşmasına, insanların iqtisadi biliklərinin artırılmasına istiqamətlənib.
Jurnalın redaksiya heyətinin üzvü, professor Əli Əlirzayev, Sakit Yaqubov, Sifariz Səbzəliyev, "Respublika" qəzetinin baş redaktorunun müavini İlham Pənahov, İTV-nin həmkarlar təşkilatının sədri İsmayıl Əliyev və digərləri çıxışlarında nəşrin 50 illiyi münasibətilə yaradıcı kollektivi təbrik edərək bildiriblər ki, jurnalda öz istiqamətinə uyğun olaraq, müxtəlif rubrikalar adı altında aspirant, dissertant və alimlərin maraq və diskussiya doğura biləcək elmi-təhlili məqalələrinə kifayət qədər yer verilir.

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında