Səbaillilərə bayram hədiyyəsi

Milli Qurtuluş Günü ilə əlaqədar Səbail rayonunda yeni park və növbəti abad həyət istifadəyə verilmişdir.
Prezident İlham Əliyevin Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə ekologiya, xüsusilə də Bayıl yamacında böyük meşə zolağının yaradılması ilə bağlı verdiyi tapşırıqlar ardıcıl icra olunur. Səbail Rayon İcra Hakimiyyətinin 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər planına uyğun olaraq, Bayıl yamacında - Xanlar küçəsi - 2 ünvanda baxımsız ərazidə 4000 kvadratmetr sahədə yeni istirahət parkı yaradılmışdır.
Bura 500 kubmetrə yaxın torpaq tokülərək ərazi hamarlanmışdır. Parkın mərkəzinə və keçiddərə 1000 kvadratmetr tamet plitə, 1000 kvadratmetrdən çox dekorativ daş döşənmişdir. Perimetr üzrə bordyurlar tikilmiş və üzlənmişdir. Qurban Abbasov küçəsi istiqamətdə pilləkənlər təmir olunmuşdur. Sakinlərin istirahəti üçün 12 ədəd yeni müasir skamya qoyulmuş, müasir üslubda yeni iaşə obyekti tikilmiş, mərkəzdə yeni işıqlandırma quraşdırılmışdır. Ağaclar budanmış, güllər əkilmiş, suvarma sistemi qurulmuşdur.
Səbail Rayon İcra Hakimiyyəti başçısının Mətbuat prospekti - 2 ünvanda yüksəkmərtəbəli yaşayış binalarının əhatə etdiyi həyətdə keçirdiyi açıq qəbul zamanı sakinlərin müraciəti nəzərə alınaraq, bu həyət də əsaslı təmir olunmuşdur. Xeyir-şər yerinin tikintisi başa çatdırılmış, inventarla təmin olunaraq sakinlərin istifadəysinə verilmişdir. Əsas zaldan əlavə, mətbəx və sanitariya qovşağı tikilmiş, ətrafı rənglənmiş, tamet və metlax döşənmişdir. Həyətin mərkəzində uşaq və böyüklərin idmanla məşğul olması üçün mini-stadion təmir olunmuş, kənarına metal tor çəkilmişdir. Həyətdə uşaqların əylənməsi üçün qurğular, metal çəpərlər quraşdırılmış, yeni skamyalar qoyulmuşdur. İşıqlandırma məsələləri də həll olunmuş, yeni asfatl örtüyü çəkilmişdir. Bu, RİH tərəfindən rayonun qəsəbələrində həyata keçirilən "Abad həyət" layihəsi üzrə 10-cu təmirli həyət olmuşdur.
Milli Qurtuluş Günü ərəfəsində istifadəyə verilmiş parkın və abad həyətin açılışlarında sakinlər görülən işlərin keyfiyyətindən çox razı qalmış, onların istirahəti üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında