DSMF və İsveç Krallığının Sosial Sığorta Agentliyi arasında gələcək əməkdaşlığı nəzərdə tutan məsələlər müəyyənləşdirilmişdir

Azərbaycanda səfərdə olan İsveç Krallığının Sosial Sığorta Agentliyinin Baş direktoru xanım Adriana Lenderin rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə tər çiçəklər qoymuşlar. Onlar həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət etmiş və onun abidəsi önünə gül dəstələri düzmüşlər.
Sonra qonaqlar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər qoymuşlar.
Daha sonra DSMF-də nümayəndə heyəti ilə görüş keçirilmişdir. Dövlət Sosial Müdaiə Fondunun sədri Səlim Müslümov qonaqları salamlayaraq iki ölkənin sığorta-pensiya orqanlarının Beynəlxalq Sosial Təminat Assosiasiyası çərçivəsində əməkdaşlıq etdiklərini, bu əməkdaşlığın ikitərərfli müstəvidə dərinləşməsinin zəruri olduğunu bildirmişdir. O, qonaqlara Azərbaycanın sığorta-pensiya sistemi barədə də ətraflı məlumat vermiş, xüsisi olaraq vurğulamışdır ki, Azərbaycanda 2006-cı ildən tətbiq olunan sığorta-pensiya modeli müasir sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Sığorta-pensiya modeli sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir.
Görüşdə xanım Adriana Lender çıxış edərək Azərbaycana ilk dəfə səfər etməsinə baxmayaraq, ölkəmizin sürətlə inkişaf etdiyinin şahidi olduğunu bildirmişdir. O, rəhbərlik etdiyi qurumun DSMF ilə daha yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulamışdır. Onun sözlərinə görə, sığorta-pensiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini İsveç və Azərbaycan tərəfi artıq bir neçə ildir müzakirə edir: "Azərbaycanın sığorta-pensiya sahəsində qısa zaman kəsiyində inkişaf etməsi bizim marağımızdadır. Azərbaycan sığorta-pensiya sistemində islahatlara, bizim kimi ölkələrlə müqayisədə gec başlasa da, uğurlu nəticələr əldə edib. Bu baxımdan Azərbaycanın təcrübəsi bizim üçün mühüm əhəmiyyət kəsb edir".
Tədbirdə DSMF və İsveç Krallığının Sosial Sığorta Agentliyi arasında qarşılıqlı təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlığı nəzərdə tutan məsələlər müəyyənləşdirilmişdir. Fondda təşkil edilən görüşdən sonra İsveç nümayəndə heyəti bu ölkənin sığorta-pensiya sisteminin inkişaf istiqamətlərini, mövcud vəziyyətini özündə əks etdirən xüsusi təqdimatla çıxış etmişdir.
Səfər çərçivəsində isveçli qonaqların DSMF-nin bir sıra rayon şöbələrinin fəaliyyəti ilə də tanış olacaqları nəzərdə tutulmuşdur.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında