Niderlandda Milli Qurtuluş Günü ərəfəsində Bakı küçəsinin açılışı keçirilib

Azərbaycanın Milli Qurtuluş Günü ərəfəsində Niderland Krallığının Rotterdam şəhərində yerləşən Bakı küçəsinin təqdimatı və Bakıya həsr edilmiş məlumat lövhəsinin açılışı ilə bağlı təntənəli mərasim keçirilib. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Niderlanddakı səfirliyindən məlumat verilib.
Tədbir Azərbaycanın Niderland Krallığındakı səfirliyi, Benilüks Azərbaycanlılar Konqresi və "Azərbaycanın Holland Dostları" cəmiyyətinin dəstəyi ilə baş tutub.
Tədbirin açılış hissəsində Rotterdam şəhərinin Huqvliyet bölgəsinin bələdiyyə başçısı mərasim iştirakçılarını salamlayaraq Bakı şəhəri haqqında məlumat verib. Rotterdamda Bakı adına küçənin mövcudluğu Azərbaycan paytaxtının Avropa tarixində xüsusi yeri olmasının nümayişi kimi qiymətləndirilib.
Səfir Fuad İsgəndərov öz çıxışında müstəqil Azərbaycanın tarixi və müasir inkişafı barədə ətraflı məlumat verib, paytaxtımızın Rotterdam şəhəri ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə hazır olduğunu söyləyib. Səfir bəyan edib ki, Azərbaycanın müvafiq dövlət qurumu tərəfindən qəbul edilmiş qərara əsasən, holland şirkətlərinin iştirakı ilə ərazisində yeni dəniz limanı inşa olunan Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin küçələrindən birinin Rotterdam şəhərinin şərəfinə adlandırılması ilə bağlı mərasimin keçirilməsi planlaşdırır.
Rotterdam şəhərinin meri Əhməd Abutaleb mərasimi tarixi hadisə kimi qiymətləndirib, Rotterdam sakinləri adından Azərbaycan tərəfinə məlumat lövhəsinin qoyulmasına dair dərin təşəkkürünü çatdırıb, təmsil etdiyi şəhərin Bakı ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu söyləyib, Bakıda Rotterdamın adına küçənin açılmasında şəxsən iştirak etmək arzusunda olduğunu bildirib.
Rəsmi çıxışlardan sonra səfir və Rotterdam meri məlumat lövhəsini birgə açıblar.
Səfir Fuad İsgəndərov Rotterdamın meri Abutalebə bu əlamətdar hadisə ilə bağlı təbriklərini çatdırıb, Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi adından Bakı şəhərinin emblemini əks etdirən xalça nümunələrini Rotterdamın şəhər və bölgə rəhbərlərinə təqdim edib. Səfir Abutalebin başçılığı altında Rotterdam şəhərinin nümayəndə heyətinin Bakıda Rotterdam küçəsinin açılış mərasimində iştirak etməsinin ölkələr arasında ikitərəfli münasibətlərə xüsusi töhfə verəcəyini vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında