Üç nəfər Azərbaycan mənşəli Türkiyə vətəndaşı Böyük Millət Məclisinə deputat seçilib

Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyədə keçirilən parlament seçkilərində üç nəfər Azərbaycan mənşəli Türkiyə vətəndaşının qalib gələrək Türkiyə Böyük Millət Məclisinə deputat seçilməsi ilə bağlı məlumat yayıb. 
DİDK-dən "Azadinform"a verilən məlumata görə, bunlar Milliyyətçi Hərəkat Partiyasının (MHP) İqdır millət vəkilliyinə namizədi Sinan Oğan, əslən İqdırdan olan, İstanbuldan deputat seçilən Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsi Əli Özgündüz və namizədliyi Ədalət və İnkişaf Partiyasından (AKP) irəli sürülmüş Hacı Bayram Türkoğludur.
Hataydan deputat seçilən AKP nümayəndəsi Hacı Bayram Türkoğlu Hatay Azərbaycan Dərnəyinin başqanıdır. Onun rəhbərlik etdiyi dərnək Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) üzvüdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında