Azərbaycan Türkiyədə yeni seçilən hakimiyyətlə strateji tərəfdaşlıq kursunu davam etdirəcək

Azərbaycan hakimiyyəti Türkiyə xalqının seçiminə hörmətlə yanaşır, onun seçdiyi hakimiyyətlə bundan sonra da strateji tərəfdaşlıq kursunu davam etdirəcək.
Bu fikri bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib: "Türkiyədə keçirilən seçkilərin nəticələri artıq bəllidir. Türk xalqı yenidən AKP hakimiyyətini seçdi, Baş nazir Rəcəb Tayyib Ərdoğan və partiyası öz kursunu davam etdirmək əzmini ortaya qoydu. Partiyanın inkişaf və tərəqqi yolunda həyata keçirdiyi siyasətə yenidən səs verildi"... Qarşıda bizi Türkiyə-Azərbaycan münasibətlərində, xüsusən enerji sahəsində mühüm layihələr gözləyir. Düşünürük ki, hazırkı hakimiyyətlə bu kurs davam edəcək, bizim üçün bu əməkdaşlıq hərtərəfli əhəmiyyətlidir".
İyunun 12-də Türkiyə Böyük Millət Məclisinə seçkilər keçirilib. Seçkilərin nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında