AzərTAc-ın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasına prezidentliyi təşkilatın işinin ahəngini daha da artıracaqdır

Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasına (BSANNA) prezidentliyi bu təşkilatın işinin ahəngini daha da artıracaqdır.
Bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə müsahibəsində demişdir.
Prezident Administrasiyasının şöbə müdiri bildirmişdir ki, BSANNA-nın prezidentliyinin AzərTAc-a keçməsi qarşıdan gələn bir ildə ölkəmizdə baş verən hadisələrin beynəlxalq aləmə daha geniş coğrafiyada çatdırılmasında mühüm rol oynayacaqdır.
Şöbə müdiri qeyd etmişdir ki, 2006-cı ildə yaradılan BSANNA, sözün həqiqi mənasında, Xəzər, Qara dəniz və Cənubi Qafqaz regionlarında nüfuzlu bir qurum kimi fəaliyyət göstərir və bu ölkələrdə baş verən ictimai-siyasi proseslərin işıqlandırılmasında üstün xəbər siyasəti yürüdür. Eyni zamanda, bu təşkilat ölkələr arasındakı qarşılıqlı iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin informasiya təminatında da mühüm rol oynayır.
Professor Əli Həsənov demişdir: "Bilirsiniz ki, bu il və gələn il bizi mühüm tədbirlər gözləyir. Bu il Azərbaycanda Beynəlxalq Bakı Humanitar Forumu keçiriləcəkdir. Bu, çox əhəmiyyətli bir tədbir olacaqdır. Gələn il isə Azərbaycan "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edəcəkdir. Əminəm ki, BSANNA bu tədbirlərin işıqlandırılmasına da öz töhfəsini verəcəkdir".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında