AzərTAc-ın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasına - BSANNA-ya prezidentliyi təşkilatın fəaliyyətinin səmərəliliyinə mühüm təsir göstərəcəkdir

AzərTAc-ın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasına - BSANNA-ya prezidentliyi təşkilatın fəaliyyətinin səmərəliliyinə mühüm təsir göstərəcəkdir.  
Bu fikri iyunun 13-də BSANNA-nın AzərTAc-ın ev sahibliyi ilə Bakıda keçirilən V Baş Assambleyasının iştirakçıları ilə görüşdə Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyev söyləmişdir.
Baş nazirin müavini bildirmişdir ki, BSANNA-nın V Baş Assambleyasının Bakıda keçirilməsi Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli hadisələrdən biridir.
Müstəqilliyinin ilk illərində Ermənistanın hərbi təcavüzünə məruz qaldığını bildirən E.Əfəndiyev demişdir ki, o dövrdə Azərbaycan həm də informasiya blokadasına alınmışdı. Yalnız ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz informasiya blokadasından çıxmışdır. Bu işdə AzərTAc-ın da xidmətləri olmuşdur.
E.Əfəndiyev ötən il BSANNA-nın saytında Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatı ilə bağlı beş minə yaxın informasiyanın geniş coğrafiyaya çatdırılmasının önəmini xüsusi vurğulamışdır.
Son vaxtlar dünyada informasiya texnologiyalarının sürətlə inkişaf etdiyini vurğulayan Elçin Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bu sahənin inkişafına xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırmışdır.
Baş nazirin müavini qeyd etmişdir ki, son dövrlərdə beynəlxalq əlaqələrini genişləndirmək istiqamətində mühüm işlər görən AzərTAc-ın BSANNA-ya prezidentliyi bu təşkilatın fəaliyyətinin səmərəliliyinə mühüm təsir göstərəcəkdir.
Bolqarıstan Teleqraf Agentliyinin baş direktoru Maksim Minçev BSANNA-nın V Baş Assambleyasının yüksək səviyyədə təşkil edildiyini bildirmiş, toplantının nəticələrinin milli agentliklərin əlaqələrinin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Gürcüstanın GeoHotNews agentliyinin baş direktoru Qoça Mirtsxulava BSANNA-nın V Baş Assambleyasının Bakıda yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirmiş, toplantının səmərəli dialoqlarla, faydalı qərarlarla yadda qalacağını bildirmişdir.
Q.Mirtsxulava təşkilata prezidentliyin AzərTAc-a keçməsinin üzv ölkələrin milli informasiya agentliklərinin əməkdaşlığının inkişafına təkan verəcəyini vurğulamışdır.
Anadolu Agentliyi baş direktorunun müavini Ahmet Tek səmimi qəbula görə təşəkkürünü bildirmiş, AzərTAc ilə təmsil etdiyi agentlik arasında əməkdaşlığın inkişafı haqqında danışmışdır.
BSANNA-nın V Baş Assambleyasının Bakıda keçirilməsinin böyük önəm daşıdığını qeyd edən A.Tek tədbirdə aparılan müzakirələrin və qəbul olunan mühüm qərarların milli agentliklər arasında gələcək əməkdaşlıq üçün daha da böyük imkanlar yaradacağına əmin olduğunu bildirmişdir.
Ukraynanın "Ukrinform" Agentliyinin şöbə müdiri Yaroslav Dovqopol BSANNA-ya prezidentliyin AzərTAc-a keçməsinin Assosiasiyanın həyatında mühüm nailiyyətlərin əldə edilməsi baxımından əhəmiyyətini vurğulamışdır.
Azərbaycan ilə Ukrayna arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Y.Dovqopol ölkələrimizin milli agentliklərinin sıx əməkdaşlıq etdiklərini söyləmişdir.
Baş direktor Aslan Aslanov AzərTAc-ın dünya informasiya məkanına inteqrasiyası sahəsində görülən işlər barədə ətraflı məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, BSANNA-nın tarixində ilk dəfə olaraq Bakı Assambleyasında bu qurumun rəhbər orqanı - Bürosu yaradılmışdır. Bu, Assosiasiyanın qərarları daha operativ qəbul etməsində mühüm rol oynayacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında