Gənclərin təşəbbüsü mədəni inteqrasiyaya xidmət edir

Azərbaycan Dillər Universiteti ölkəmizdə xarici dilləri tədris edən pedaqoji kadrların hazırlanmasında aparıcı rol oynamaqla respublikamızın dünya ölkələri ilə mədəni inteqrasiyasına da sanballı töhfələr verir. Bu işdə tələbə gənclərin təşəbbüsü və iştirakı ilə keçirilən, müxtəlif xalqların görkəmli elm, sənət adamlarına həsr olunan mədəni tədbirlər xüsusilə önəmlidir. 
Bir qayda olaraq, bu cür tədbirlərə həmin dövlətlərin ölkəmizdə fəaliyyət göstərən diplomatik və mədəni nümayəndəliklərinin əməkdaşları da dəvət olunurlar ki, bu da Azərbaycanın həmin ölkələrlə daha yaxından tanıdılmasına müsbət təsir göstərir. Bu yaxınlarda ADU-nun yeni yaradılmış rus dili və ədəbiyyatı fakültəsinin tələbələri böyük rus şairi A.S.Puşkinin həyat və yaradıcılığına, həmçinin onun Azərbaycanda öyrənilməsinə həsr olunmuş elmi-metodiki və ədəbi-bədii tədbir hazırlayaraq universitetin kollektivinə təqdim etmişlər. Pedoqoji elmlər üzrə fəlsəfə doktoru, dosent O. Məmmədova giriş sözündə Puşkin irsinin ümumbəşəri səciyyə daşımasından bəhs etmiş, rus dili və ədəbiyyatını öyrənmək üçün onun yaradıcılığının əvəzsiz mənbə olduğunu xüsusi vurğulamışdır. Sonra tələbələr Puşkin yaradıcılığının ayrı-ayrı konkret məsələlərinə həsr olunmuş çıxışlar etmişlər. Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin tədbirdə iştirak edən nümayəndələri tələbə gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirərək təşəkkürlərini bildirmiş, xalqlarımızın mədəni inteqrasiyası istiqamətində Azərbaycanda görülən işlərin böyük əhəmiyyətini vurğulamışlar.
Qeyd edək ki, bu yaxınlarda Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin də iştirak etdiyi və dahi rus şairi Puşkinin adını daşıyan Dövlət Rus dili İnstitutunda təşkil edilmiş tədbirdə MDB məkanında rus dilinə olan marağın artması məsələsinə də toxunulmuşdur. Azərbaycanda rus dilində tədris aparılan məktəblərin sayının artması, bu dilə marağın olması yüksək qiymətləndirilmişdir. Prezident D.Medvedev Azərbaycanda bu sahədə çox iş görüldüyünü qeyd etmişdir.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında