Jurnalistlər üçün vəsait

Azərbaycan Mətbuat Şurasında jurnalistlər üçün hazırlanmış "İqlim dəyişmələri və ekoloji sabitlik" kitabının təqdimatı keçirildi.
Mərasimi giriş sözü ilə açan Mətbuat Şurası sədrinin birinci müavini, "Avrasiya" Beynəlxalq Mətbuat Fondunun sədri Umud Rəhimoğlu mediada ekoloji mövzunun peşəkarlıqla işıqlandırılmasına kömək məqsədilə MŞ-nın, YUNESKO Azərbaycan Milli Komissiyasının və Azərbaycan "İnsan və Biosfer" Milli Komitəsinin jurnalistlər üçün hazırladığı vəsait barədə ətraflı məlumat verdi. O bildirdi ki, "İqlim dəyişmələri və ekoloji sabitlik" adlı kitabla yanaşı, bu gün eyni məramla tərtib olunmuş www.mediaclimate.orq saytı da jurnalistlərə təqdim olunur.
YUNESKO Moskva Ofisinin direktoru Dendev Badarç və YUNESKO Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva təmsil etdikləri qurumun insanlarda ekoloji təfəkkürün formalaşdırılmasında medianın roluna verdiyi önəmi açıqladılar, təqdim olunan kitabın və saytın bu baxımdan Azərbaycan jurnalistləri üçün gərəkli olacağını söylədilər.
YUNESKO Azərbaycan "İnsan və Biosfer" Milli Komitəsinin rəhbəri, akademik Urxan Ələkbərov professor Şaiq İbrahimovla birlikdə hazırladıqları kitabın ölkəmizdə ətraf mühitin qorunması işində təbliğati səfərbərliyi artıracağına ümid etdiyini söylədi, vəsaitin özəlliklərindən, mövzu və hədəflərindən danışdı.
Bakı Dövlət Universitetinin kafedra müdiri, jurnalistika nəzəriyyəçisi Cahangir Məmmədli, MŞ Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul işçisi Rza Mahmudov Azərbaycanda ekoloji tərbiyənin aktual məsələlərindən söz açdılar, kitabı və saytı ərsəyə gətirənlərə təşəkkürlərini bildirdilər.
Sonda www.mediaclimate.orq saytının redaktoru Səid Hüseynov elektron mənbə barədə jurnalistləri bilgiləndirdi.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında