Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının - BSANNA-nın V Baş Assambleyası keçiriləcəkdir

İyunun 13-də Bakıda Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın ev sahibliyi ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının - BSANNA-nın V Baş Assambleyası keçiriləcəkdir. 
Assambleyanın Bakıda keçirilməsi haqqında qərar 2010-cu ilin martında Tbilisidə BSANNA-nın IV Baş Assambleyasında qəbul olunmuşdur.
Baş Assambleyanın Bakı toplantısında BSANNA-ya sədrlik Gürcüstanın GeoHotNews Agentliyindən AzərTAc-a keçəcəkdir.
"İnnovasiyalı inkişaf: şəffaflıq və modernləşmə" mövzusunda keçiriləcək Assambleyada üzv ölkələrin - Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Serbiya, Bolqarıstan, Rumıniya, Yunanıstan və Makedoniya Respublikasının milli informasiya agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri iştirak edəcəklər.
AzərTAc BSANNA-nın təsisçilərindən biridir. Bu təşkilat Qara dəniz ölkələrinin informasiya resurslarından səmərəli istifadə edilməsi üçün həmin dövlətlərin milli informasiya agentliklərinin səylərini birləşdirən bir qurumdur.
BSANNA-nın üzvü olan agentliklər razılaşdırılmış texniki və digər şərtlər əsasında mətn, foto və digər informasiya materiallarını mübadilə edir, assosiasiyanın birgə veb-resursunu dəstəkləyir və inkişaf etdirirlər.
Azərbaycan haqqında həqiqətlərin böyük bir regionda yayılmasında AzərTAc BSANNA-nın birgə veb-resursunun imkanlarından səmərəli istifadə edir. Bu nüfuzlu regional media-qurumun http://bsanna-news.ukrinform.ua saytında keçən il AzərTAc-ın 2448, bu ilin beş ayında isə 407 informasiyası yer almışdır. AzərTAc BSANNA-nın internet resursunda yerləşdirilmiş informasiyalarının sayına görə daim birinci və ikinci yerlərdə olmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında