Musa Qasımlı: Azərbaycanda elm sahəsində islahatlar gənclərin elmə marağını gücləndirəcək

"Dövlət başçısının Milli Elmlər Akademiyasının inkişafı ilə bağlı imzaladığı bütün sənədlər, şübhəsiz ki, tezliklə Azərbaycan elmində öz müsbət nəticələrini verəcək. Bu, dövlətin elmimizə diqqətinin bir nümunəsidir". Bu fikirləri Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib. M.Qasımlı bildirib ki, bu sərəncamlardan sonra gənclərin elmə marağında da ciddi müsbət dəyişikliklər olacaq. Onun fikrincə, bunun üçün müxtəlif vasitələrdən istifadə edilə bilər. Məsələn, ilk növbədə gənc alimlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır ki, onların fikirlərinin sosial problemlərə yayınmasının qarşısı alınsın. Bundan başqa, elmdə qrant sistemi genişləndirilməlidir. 
"Bu, ilk növbədə elmdə rəqabət hissini artıra bilər ki, bu da inkişaf üçün ciddi stimul olar. Yəni gənc alimlər arasında sağlam rəqabəti böyütmək lazımdır. Azərbaycanda kifayət qədər istedadlı gənclər var, onlara sadəcə, təkan vermək lazımdır. Onlar yaşlı nəslin təcrübəsini öyrənəcəklər, müasir elmin qabaqcıl nailiyyətlərini də mənimsəyəcəklər. Ona görə də, bu sərəncamlardan sonra Azərbaycan elminin gələcəyinə nikbin baxmaq üçün ümidlər çoxalıb"- deyə M.Qasımlı qeyd edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında