Azərbaycanın Qazaxıstandakı səfiri "Dostluq" ordeni ilə təltif edilmişdir

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov "Dostluq" ordeni ilə təltif edilmişdir.
Dövlət katibi-xarici işlər naziri Kanat Saudabayev mükafatın təqdim edilməsi mərasimində bildirmişdir ki, Azərbaycanın Qazaxıstandakı səfiri bu mükafata diplomatik fəaliyyəti ərzində ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsində və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülmüşdür.
Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinə toxunan dövlət katibi, bu münasibətlərin tarixi köklərə əsaslandığını bildirmiş və yüksək mükafatı səfirə təqdim etmişdir.
Lətif Qəndilov ali mükafata görə minnətdarlığını bildirmiş və bu təltifi Azərbaycan dövlətinə, xalqına və Prezidentinə yüksək hörmət və ehtiramın təsdiqi kimi dəyərləndirmişdir.
Səfir Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin əsasının ümummilli liderimiz Heydər Əliyev və Prezident Nursultan Nazarbayev tərəfindən qoyulduğunu xüsusi vurğulamış, bu münasibətlərin Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini diqqətə çatdırmışdır.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Astana

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında