Sumqayıt: nümunəvi məhəllələrin sayı artır

Həmin axşam Sumqayıtın 13-cü mikrorayonunda böyük qələbəlik vardı. Digər məhəllə və mikrorayonlardan da buraya axışanların sayı anbaan artırdı. Səbəb daha bir nümunəvi məhəllədə işlərin müvəffəqiyyətlə sona çatması ilə bağlı keçiriləcək tədbir idi. 
Onu da qeyd edək ki, bir qədər əvvəl 18-ci mikrorayonda belə bir məhəllənin açılışı olmuşdu. Orada şəhər icra hakimiyyətinin başçısı əhali ilə görüşmüş, onların maraqlı olduqları problemlərlə bağlı müvafiq qərarlar vermişdi. Bu gün keçiriləcək mərasimə də şəhər rəhbərlərinin qatılacağı elan edilmişdi. 13-cü mikrorayonda uşaqların mənalı istirahəti üçün quraşdırılan yellənçəklər, mini-futbol meydanı, voleybol, basketbol və digər əl oyunlarının keçirilməsi üçün süni örtüklü meydança inşa edilmiş, ətraf ərazilər abadlaşdırılmışdı. Mikrorayonun ara yollarına asfalt döşənmiş, müasir standartlara cavab verən oturacaqlar quraşdırılmış, işıqlanma təmin edilmiş, yaşıllıq salınmışdır.
Açılış mərasimində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov mikrorayon sakinlərini salamlayaraq bildirdi ki, bu gün müxtəlif ərazilərdə əhalinin istirahətini normal qaydada təşkil edəcək nümunəvi guşələrin yaradılması istiqamətində xeyli işlər görülmüşdür. Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən yaradılan bu istirahət zonaları insanların günün hər hansı bir vaxtında dincələ bilmələri üçün yaradılır. Artıq Sumqayıtın 13 və 18-ci mikrorayonlarında belə nümunəvi məhəllələr yaradılıb. Bu sayın ilin sonunadək 30-a çatdırılması nəzərdə tutulur. Sonra Sumqayıtda görülən işlərin qısa xronikasını verən Eldar Əzizov vurğuladı ki, tezliklə qarşıya qoyulan problemlər öz uğurlu həllini tapacaqdır.
Daha sonra mikrorayon sakinləri Bəxtiyar Süleymanov, Eynulla Məmmədov, Şakir Məmmədov, Şahvələd Vəliyev, Sitarə Məmmədova , Səhər Salahova, Nəcibə Kazımlı, Müslim Əsədov və digərləri onlar üçün belə şərait yaradıldığına görə dövlət başçısına mimnnətdarlıqlarını ifadə etdilər, ortaya çıxan problemlərini açıq mikrofonlarla birbaşa şəhər rəhbərliyinə çatdırdılar.
Tədbir iştirakçıların mini-futbol və basketbol oyunlarına tamaşası, eləcə də ətraf ərazilərdə görülən işlərə baxış-gəzinti ilə başa çatdı.

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında