Geologiya İnstitutunun tədqiqatlarının nəticələri Vyanada nümayiş etdirilir

Avstriyanın paytaxtı Vyanada Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi üzrə Müqavilə Təşkilatı (NSHQMT) tərəfindən "Elm və texnologiya 2011" mövzusunda beynəlxalq konfrans-sərgi keçirilir.
İyunun 8-də başlamış beynəlxalq tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun "Seysmik təhlükənin qiymətləndirilməsi baxımından Azərbaycanda seysmik monitorinqin aparılması" mövzusu üzrə tədqiqatlarının nəticələri də nümayiş etdirilir.
Geologiya İnstitutunun mətbuat xidmətindən bildirmişlər ki, dünyanın 500-dən çox aliminin qatıldığı konfrans-sərgidə seysmologiya, nüvə tədqiqatları, geodinamika və digər sahələrə aid çıxışlar dinlənilmişdir. Geologiya İnstitutuna məxsus təqdimat materiallarının müəllifləri geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov və aparıcı elmi işçisi, Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Qulam Babayevdir.
Q.Babayevin çıxışı əsasında təqdim olunan tədqiqatlar və nəticələr tədbir iştirakçılarının, xüsusən də Yaponiya alimlərinin böyük marağına səbəb olmuşdur.
Beynəlxalq tədbirin keçirilməsində məqsəd NSHQMT-nin dünyadakı bütün milli məlumat mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, dünyanın nüfuzlu elm təşkilatlarının təcrübəsindən daha çox yararlanmaq və Yer haqqında elmlərin dünya miqyasında irəliləyişinə səbəb olmaqdır.
Beynəlxalq konfrans-sərgi bu gün öz işini başa çatdıracaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında