SAM-da "Qloballaşma, milli ideya və müasir Azərbaycan" mövzusunda müzakirələr aparılacaqdır

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə "Qloballaşma, milli ideya və müasir Azərbaycan" mövzusunda müzakirələr aparılacaqdır. 
SAM-dan bildirmişlər ki, tədbirdə milli ideya və qloballaşan dünyada milli eyniyyətə çağırışlar, milli inkişaf strategiyası, XXI əsrdə azərbaycançılıq, dövlətçiliyin fundamental resursu və digər məsələlər müzakirə ediləcəkdir.
Müzakirələrə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, AMEA, SAM və Azərbaycan Diplomatik Akademiyasının məsul əməkdaşları, elm xadimləri, QHT-lərin və KİV-lərin nümayəndələri qatılacaqlar.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında