Azərbaycanın müdafiə naziri Brüsseldə İSAF əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə keçirilmiş görüşdə iştirak etmişdir

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Brüsseldə NATO Müdafiə Nazirlərinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə keçirilmiş görüşdə iştirak etmişdir. 
Azərbaycanın NATO yanında nümayəndəliyindən bildirmişlər ki, Şimali Atlantika Alyansının mərkəzi qərargahında keçirilmiş görüşdə nazirlər İSAF əməliyyatının hazırkı durumu, o cümlədən rəhbər rolunun Əfqanıstan tərəfinə ötürülməsi və ondan sonrakı vəziyyət, Əfqanıstan təhlükəsizlik qüvvələrinin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparmışlar. Bundan əlavə, görüşdə Əfqanıstanda qanunun aliliyinin gücləndirilməsi məqsədi ilə NATO-nun Hüququn Aliliyi üzrə Sahə Dəstək Missiyası təsdiq edilmişdir.
Nazir S.Əbiyev NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ilə də görüşmüşdür. Görüşdə Azərbaycan-NATO münasibətləri, NATO ilə operativ uzlaşmanın artırılması, ölkəmizin İSAF əməliyyatına töhfəsi və digər məsələlər müzakirə edilmiş və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində S.Əbiyev Polşanın müdafiə naziri Boqdan Kliç ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında