Azərbaycanda dövlət qulluğu ilə əlaqədar beynəlxalq tədbir keçiriləcək

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Trend-ə bildirib ki, iyunun 24-25-də "Dövlət qulluğuna qəbul vasitəsilə şəffaflığa doğru irəli" mövzusunda "dəyirmi masa" keçiriləcək.
Dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar keçiriləcək "dəyirmi masa"da Türkiyə, Ukrayna, İrlandiya, Rumuniya, Gürcüstan, Baltikyanı ölkələr, Qazaxıstan, Cənubi Koreya, Hollandiya və Şotlandiyanın dövlət qulluğu ilə bağlı qurumlarının rəhbərləri, beynəlxalq ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
B.Xəlilov bildirib ki, tədbir dünya ictimaiyyətinin Azərbaycanda dövlət qulluğu sahəsində görülən işlər, aparılan islahatlarla bağlı maarifləndirilməsi istiqamətində mühüm addım olacaq. Həmçinin bizim bu sahədə beynəlxalq təcrübəni öyrənməyimizə geniş imkanlar yaradacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında