Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilmiş müsabiqənin test imtahanları keçirilir

Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın "Test imtahanı mərkəzində" qurum tərəfindən fevralın 5-də elan edilmiş müsabiqənin test imtahanı keçirilmişdir.
Komissiyanın sədri Bəhram Xəlilov bildirmişdir ki, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni müsabiqə qaydalarına əsasən test imtahanlarında bir sıra yeniliklər tətbiq olunmuşdur. Belə ki, informasiya texnologiyalarının dövlət idarəedilməsində, elektron hökumətin və informasiya cəmiyyətinin təşəkkül tapmasında önəmini nəzərə alan qurum Azərbaycanda ilk dəfə olaraq test imtahanını kompyuter vasitəsi ilə qəbul edir. Bu məqsədlə xüsusi proqram təminatı və test bankı hazırlanmışdır. Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ilk dəfə komissiyanın özü tərəfindən təşkil edilmiş imtahanda namizədlər 100 suala cavab verməlidir. Suallardan 15-i namizədlərin dünyagörüşünün, əsasən də Azərbaycan haqqında ümumi biliklərinin, 40-ı qanunvericilik, 15-i informasiya texnologiyalarından istifadə üzrə biliklərinin, 30-u isə məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün nəzərdə tutulmuşdur. İmtahana hazırlaşmaqla bağlı ətraflı məlumat və komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait 2009-cu ilin oktyabrından qurumun rəsmi saytında yerləşdirilmişdir.
Bildirilmişdir ki, komissiya bu dəfə 42 dövlət orqanında inzibati vəzifələrin VI-IX təsnifatlarına uyğun olan 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdir. Həmin vəzifələrin tutulması üçün 4 min namizəd müraciət etmişdir. Vakant dövlət qulluğu vəzifələrindən 727-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 44-ü isə apellyasiya və yerli məhkəmə orqanlarının aparatlarındadır.
Qeyd edilmişdir ki, aprelin 30-dan mayın 6-dək hər qrupda 42 namizəd olmaqla, 7 qrup üzrə 294 namizəd üçün test imtahanı keçirilmişdir. Bu, bütün namizədlərin 7,15 faizini təşkil edir. Test imtahanları Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Nəqliyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üzrə keçirilmişdir. Digər dövlət qurumları üzrə vakant yerlərin tutulması üçün imtahanlar davam edir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında