Milli Məclis Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər etmişdir

Milli Məclis Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər etmişdir. 
Layihəyə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində olma, yaşama və ya tranzit keçmə qaydalarını pozması, buna hüquq verən sənədlər olmadan, habelə qeydiyyatsız, etibarsız sənədlərlə yaşaması, gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması məsuliyyət yaradır.
Bundan başqa, əcnəbilərin işə düzələrkən qanunvericilikdə müəyyən olunmuş qaydaları pozması, bir yerdən başqa yerə getmə və yaşayış yeri seçmə üçün qanunvericilikdə müəyyən olunmuş qaydaya əməl etməməsi, qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırması qanunvericiliyin pozulması hesab olunacaqdır. Ölkə ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla 300 manatdan 400 manatadək cərimə ediləcəklər.
Əcnəbiləri Azərbaycana dəvət etmiş və onlara yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya ölkədə daimi yaşayan əcnəbilər həmin şəxslərin müvəqqəti olma müddəti bitdikdən sonra müəyyən olunmuş qaydada vaxtında ölkə ərazisindən çıxmasının təmin edilməsi üçün tədbir görülməməsinə görə 300 manatdan 400 manatadək cərimə olunacaqlar.
Azərbaycanda əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən, ölkə ərazisində olması, yaşaması və ya Azərbaycan ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycanda olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin müəyyən edilmiş qaydada pozulmasına görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək cərimə ediləcəklər.
Məcəlləyə edilmiş əlavəyə əsasən, işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər isə 30 min manatdan 35 min manatadək məbləğdə cərimə olunacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında