Kartof, tərəvəz və meyvə məhsulları yığılır

Havaların əlverişsiz keçməsinə, tez-tez yağış yağmasına, dolu düşməsinə baxmayaraq, kənd adamları mövsümi işləri vaxtında həyata keçirməyə səy göstərirlər. Bu günlər kartof becərənlərin və tərəvəzçilərin işləri daha çoxdur. Onlar becərdikləri sahələrdə yetişdirdikləri bol məhsulu yığmaqla məşğuldurlar. Fermerlərin aylardan bəri çəkdikləri zəhmət hədər getməyb. Respublika üzrə əkilmiş 63979 hektar kartof sahəsinin 6 faizində, yəni 3835 hektarda məhsul yığımı yekunlaşmışdır. Hər hektardan 127 sentnerdən çox məhsul götürülərək, 48730 ton kartof tədarük edilmişdir.
Əvvəlki illərdə olduğu kimi, bu il də cəlilabadlı fermerlər nümunəvi işləri ilə fərqlənirlər. Onlar becərdikləri 5075 hektar sahənin 1229 hektarında kartof yığımını başa çatdırmışlar. Masallı rayonunun fermerləri də qonşularından geri qalmamağa çalışırlar. Masallılar becərdikləri sahələrin 31 faizində məhsulu yığmış, 10 min tona yaxın kartof tədarük edərək bazara çıxarmışlar.
Ölkə üzrə kartof istehsalında Gəncə-Qazax iqtisadi rayonu aparıcı rola malikdir. Buraya daxil olan Gəncə şəhərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl və Goranboy rayonlarında üst-üstə 29472 hektar sahədə kartof əkilmişdir. Şəmkirli fermerlər məhsul tədarükünün ilk günündən nümunə göstərərək 275 hektarın kartofunu yığmışlar. Hər hektardan 161,6 sentner kartof götürülür ki, bu da respublikanın göstəricisindən təxminən 34 sentner çoxdur.
Bu günlər tərəvəzçilər də səylə çalışırlar. Onlar respublika üzrə əkdikləri 77735 hektar sahənin 7234 hektarından 65 min tondan çox müxtəlif növ tərəvəz məhsulları yığmışlar. Ənənəvi tərəvəzçilik rayonları sayılan Lənkəran-Astara, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonların fermerləri faraş məhsul yetişdirməkdə daha çox fərqlənirlər. Masallı, Şəmkir, Balakən, Bərdə, Ağdaş, Kürdəmir və başqa rayonların tərəvəzçiləri bazarlara hamıdan çox məhsul çıxarmışlar.
Keçən ilin müvafiq dövrünə nisbətən bu il bağbanlar tərəfindən bazarlara təxminən 3 min tondan çox, yəni 4770 ton müxtəlif meyvə məhsulları göndərilmişdir ki, bu da cari ildə meyvənin az olacağı fikirlərini əsassız edir.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında