Sverdlovsk Vilayət Həmkarlar İttifaqları Federasiyası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakıda səfərdə olan Rusiyanın Sverdlovsk vilayəti Həmkarlar İttifaqları Federasiyasının sədri Andrey Vetlujskixin başçılıq etdiyi nümayəndə heyəti iyunun 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olmuşdur.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və səmərəli əməkdaşlığın inkişafı müzakirə edilmişdir. Vurğulanmışdır ki, qarşılıqlı səfərlər, keçirilmiş görüşlər, aparılmış faydalı danışıqlar və təcrübə mübadiləsi hər iki ölkənin həmkarlar ittifaqları arasında əməkdaşlığın genişləndirilməsinə böyük təkan vermişdir.
A.Vetlujskix bildirmişdir ki, Sverdlovskdakı Azərbaycan diasporunun 50 min üzvü vardır. Onların 25-30 min nəfəri Yekaterinburqda yaşayır. Bu insanların əmək və sosial-iqtisadi hüquqlarının qorunması üçün Sverdlovsk Vilayət Həmkarlar İttifaqları Federasiyası AHİK-lə əməkdaşlığı genişləndirmək niyyətindədir.
AHİK-in sədr müavini Aqil Dadaşov isə qonaqlara konfederasiyanın yaranma tarixi, onun fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Qeyd edilmişdir ki, 2011-ci ilin martında AHİK ilə Sverdlovsk Vilayət Həmkarlar İttifaqı Federasiyası həmyerlilərimizin sosial-iqtisadi hüquq və maraqlarının qorunmasında yaxından iştirakı, habelə vilayətə işləməyə gələn Azərbaycan vətəndaşlarının əməyinin qanuniləşdirilməsi və digər məsələlərlə bağlı ikitərəfli müqavilə imzalanmışdır. Müqaviləni AHİK sədri Səttar Mehbalıyev və Sverdlovsk Vilayət Həmkarlar İttifaqı Federasiyasının sədri Andrey Vetlujskix imzalamışlar.
Rusiyalı qonaqların ölkəmizə səfərinin məqsədi birgə əməkdaşlıq və əlaqələrin daha da genişləndirilməsidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında