Sərhəd bölgələrində rabitənin təşkilinə baxış

Düşmənlə üzbəüz təmas xəttində yerləşən rayonlarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən telekommunikasiya və poçt rabitəsinin, radio-televiziya yayımının, internet xidmətlərinin günün tələbləri səviyyəsində təşkili üçün tədbirlər davam etdirilir. 
Nazirlikdən bildirmişlər ki, sərhəd bölgələrində əhalinin rabitə xidmətlərinə və radio, televiziya yayımına tələbatın öyrənilməsi məqsədi ilə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov nazirliyin müvafiq qurumlarının rəhbərləri ilə Ağdam rayonunun Quzanlı qəsəbəsinin Qaradağlı, Rzalar, Çəmənli, Xındırıstan kəndlərində rabitənin təşkilinə baxış keçirmişlər.
Quzanlıda yeni "Rabitə evi"nin tikintisi, qeyd olunan yaşayış məntəqələrində rabitə xidmətlərinin göstərilməsi vəziyyəti və radio, televiziya yayımının səviyyəsinə dair təklif və rəylər Ağdam Rayon İcra Hakimiyyətinin (İH) başçısı Nizami Sadıqovun iştirakı ilə müzakirə edilmişdir.
Yerlərdən verilmiş təkliflər və İH-də aparılmış müzakirə nəzərə alınaraq, telekommunikasiya, internet və poçt xidmətlərinin, radio-TV yayımının keyfiyyətinin və əhatəsinin artırılması üçün tədbirlər planı hazırlanaraq, həyata keçirilməsi qərara alınmışdır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında