"Qaradağ Sement" Açıq Səhmdar Cəmiyyətinin illik ümumi yığıncağı keçirilmişdir

2011-ci il iyun ayının 8-də Bakı şəhərində Həyat İclas və Konfrans Mərkəzinin "Şuşa" zalında "Qaradağ Sement" Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlarının illik ümuni yığıncağı keçirilmişdir. Yığıncaq iştirakçıları gündəlikdə olan aşağıdakı məsələləri müzakirə etmışlər və müvafiq qərarlar yekdilliklə qəbul olunmuşdur:

{nl}

1. Səhmdarların illik ümumi yığıncağının gündəliyinin təsdiqlənməsi;
2. Baş direktorun cəmiyyətin 2010-cu ilin illik fəaliyyətinə dair hesabatının təsdiqlənməsi;
3. 2010-cu il üçün şirkətin gəlir və xərclər və təftiş komissiyasının hesabatlarının təsdiqlənməsi;
4. "Qaradağ Sement" ASC-nin müşahidə şurası üzvlüyündən cənab Tim Zurun cənab Kamran Abbasov ilə əvəz olunması;
5. Şirkətin nizamnaməsinə təklif olunan dəyişikliklərin təsdiq edilməsi;
6. 2010-cu maliyyə ili üzrə mənfəətin bölgüsünə dair qərarın təsdiqlənməsi.

Gündəliyə çıxarılan məsələlər səs çoxluğu ilə təsdiq olundu və qəbul edildi.
"Qaradağ Sement" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun olaraq keçirilmişdir.
Holcim Ltd şirkəti "Qaradağ Sement" ASC-nin nizamnamə fondunun 66 faizinə, AİŞ isə 10 faizinə malikdir. Səhmdarlardan digər iki hüquqi şəxs - Avropa Yenidənqurma və İnkişaf Bankı və Holcim Auslandbeteiligungs GmbH - şirkətin ümumi səhmlərin sayına müvafiq olaraq 10 faizə və 3,61 faizə malikdirlər. Səhmdarlar arasında 5-ci hüquqi şəxs hesab olunan "Azər İnvest Kompani" MMC ümumi səhmlərin 0,43 faizə malikdir. Ümumi səhmlərin qalan 10faizi isə fiziki şəxslərə məxsusdur.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında