Gədəbəyin Şınıx və Göyəli kəndlərində e. ə. XIV-VIII əsrlərə aid qədim abidələr aşkar olunub

Gədəbəyin Ermənistanla həmsərhəd Şınıx və Göyəli kəndlərində eramızdan əvvəl XIV-VIII əsrlərə aid qədim abidələr aşkar olunub.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Gədəbəy arxeoloji ekspedisiyasının rəhbəri Tükəzban Göyüşova məlumat verib. O bildirib ki, Hörükdaş və Axçaçıxan adlanan abidələr son tunc dövrünə aid siklonik ("siklon" yunan dilində "təpəgöz" deməkdir) abidələrdir.
T. Göyüşova Gədəbəyin arxeoloji abidələrlə zəngin bölgə olduğunu söyləyib. Ərazidə xüsusilə Qafqaz Albaniyasına aid abidələr çoxdur. Bu ayın sonundan başlayaraq Gədəbəyin Daryurd adlanan ərazisindəki nekropollarda, Leşkər qalaçada arxeoloji tədqiqatlar aparılacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında