Qələbənin 65 illiyi münasibətilə Müdafiə Nazirliyi silsilə tədbirlər həyata keçirir

Faşizm üzərində Qələbənin 65 illik yubileyi münasibətilə mayın 6-da müdafiə naziri, general-polkovnik Səfər Əbiyev müharibə veteranları ilə görüşmüşdür.
Görüşdə nazir bildirmişdir ki, Qələbənin əldə edilməsində həmvətənlərimiz istər ön cəbhədə, istərsə də arxa cəbhədə misilsiz rəşadət göstərmişlər. Prezident İlham Əliyevin "1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram"ın təsdiq edilməsi barədə xüsusi sərəncam imzaladığını deyən Səfər Əbiyev bu qərardan irəli gələn tələblərin yerinə yetirilməsi ilə əlaqədar Müdafiə Nazirliyi tərəfindən silsilə tədbirlərin həyata keçirildiyini bildirmişdir.
Görüşün sonunda nazir Səfər Əbiyev veteranları bir daha təbrik edərək onlara "Qələbənin 65 illik yubileyi medalı" və qiymətli hədiyyələr təqdim etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında