Səbail Rayon Polis İdarəsinin yeni binası istifadəyə verilmişdir

Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində - mayın 6-da Səbail Rayon Polis İdarəsinin yeni inzibati binasının açılışı olmuşdur. Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.
Tikintisinə ötən ilin aprelində başlanmış beşmərtəbəli inzibati binanın ümumi sahəsi 2870 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş yeni bina bütün zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilmişdir. Yeni tikilidə 49 xidməti otaq, yeməkxana, sahəsi 306,8 kvadratmetr olan akt zalı vardır. Binada mərkəzləşdirilmiş split tipli kondisioner, ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılmışdır. Ərazi metal şəbəkə ilə hasarlanmış, burada abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilmişdir.
General-polkovnik Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, akt zalına və digər yardımçı sahələrə baxmış, foyedə ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, eləcə də daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olmuşdur.
Görülən işləri yüksək qiymətləndirən nazir Səbail Rayon Polis İdarəsinin şəxsi heyətinin fəaliyyəti üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu ifadə etmiş, tövsiyələrini vermişdir.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi böyük diqqət və qayğı nəticəsində təkcə ötən il onlarca yeni obyekt tikilib istifadəyə verilmiş, lazımi texniki vasitələr və avadanlıq alınmışdır. Dövlətimizin başçısının elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin daxili işlər orqanlarında tətbiqinə, DİO-nun zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirdiyi, məhz bu diqqət və qayğı sayəsində hazırda Daxili İşlər Nazirliyinin müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunduğu vurğulanmışdır. Bütün bunlar şəxsi heyətin iş şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərmiş, daxili işlər orqanlarının əməkdaşlarını öz xidməti vəzifə borclarını daha yüksək səviyyədə yerinə yetirməyə ruhlandırmışdır.
DİN rəhbəri əmin olduğunu bildirmişdir ki, Səbail Rayon Polis İdarəsinin şəxsi heyəti bu ali diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, paytaxt Bakıda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcəkdir.
Ümummilli liderimizin anadan olmasının 87-ci ildönümü ərəfəsində respublikamızın Göygöl, Qusar və Oğuz rayonlarında da polis şöbələri üçün yeni inzibati binalar istifadəyə veriləcəkdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında