Azərbaycanlı nümayəndələr Bolqarıstanın Ruse şəhərində keçirilmiş növbəti konfransın iştirakçısı olmuşlar

Bu günlərdə Bolqarıstanın Ruse şəhərindəki Ruse Universitetində "Erasmus Mundus Action 2, Strand1- Gürcüstan, Azərbaycan və Ermənistan üçün Lot6" layihəsi çərçivəsində növbəti konfrans keçirilmişdir. 
Layihə çərçivəsindəki tədbir hər il iştirakçı dövlətlərin birində gerçəkləşir. 2 gün davam edən tədbirdə ölkəmizi Azərbaycan Turizm İnstitutundan(ATİ) Vüsalə Qəhrəmanlı, Xəzər Universitetindən Aytən Şadlinskaya, Gəncə Dövlət Universitetindən Nadir İbadov təmsil etmişlər. Tədbirdə həmçinin Yunanıstan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Latviya, İtaliya, Birləşmiş Krallıq, Portuqaliyadan dəvət almış mütəxəssis və alimlər də iştirak etmişlər. ATİ-nin əməkdaşı Vüsalə Qəhrəmanlının proqram tərfdaşları ilə mümkün müştərək Dərəcə Proqramı mövzusundakı çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Konfransın keçirilməsində məqsəd yeni "Lot7" layihəsi üzrə - "Transcaucasia Anlaşma Memorandumu"nun layihə kordinatoru Yunanıstanın Aleksandr Texnoloji universitetinin əməkdaşı Tania Kapikinin təqdimatı ilə tanışlıq idi. İki günlük müzakirələrdə əsasən "Uzaq məsafədən təhsil, üstünlük mərkəzlərinin, müştərək dərəcə proqramlarının, həmçinin tədqiqatçılar üçün elektron şəbəkənin yaradılması" mövzusunda çıxışlar oldu, bu sahədə əməkdaşlıq çərçivəsində mümkün ideyaların reallaşması günün tələbi kimi irəli sürüldü.
Bolqarıstanın Ruse şəhərində Action 2, Strand1- Gürcüstan, Azərbaycan və Ermənistan üçün Lot6" layihəsi çərçivəsində keçirilmiş tədbir öz işini uğurla başa çatdırmışdır.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında