Azərbaycan Prezidentinin rəsmi saytının iPad üçün əlavəsi istifadəyə verilmişdir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi saytının iPad planşet kompyuterləri üçün xüsusi əlavəsi istifadəyə verilmişdir.
Prezident Administrasiyasından bildirmişlər ki, iPad istifadəçiləri xüsusi əlavəni yükləyərək dövlətimizin başçısının çıxışlarına, müsahibələrinə, Prezidentin iştirak etdiyi tədbirlər haqqında xəbərlərə, fotomateriallara və saytın digər kontentinə yol tapacaqlar.
Xüsusi əlavənin yaradılması ictimaiyyətlə əlaqələrə diqqətin artması, həmçinin yeni kommunikasiya formalarından istifadə imkanları ilə bağlıdır.
Əlavəni yükləmək üçün verilən link vasitəsilə Apple Applications Store-də öz akkauntundan istifadə etmək lazımdır.
Xatırladaq ki, Azərbaycan Prezidentinin rəsmi saytı bundan əvvəl tamamilə yenilənmiş, Youtube-də şəxsi rəsmi kanal, Twitter mikrobloqlar şəbəkəsində akkaunt (Azərbaycan və ingilis dillərində) yaradılmışdır.
Bununla bərabər, Prezident Administrasiyası ictimaiyyəti öz fəaliyyəti barədə ənənəvi mediakanallarla yanaşı, Twitter-akkaunt vasitəsilə məlumatlandıran ilk dövlət orqanı olmuşdur. Administrasiyanın bəzi şöbə müdirləri də müxtəlif sosial şəbəkələrin fəal istifadəçiləridir.
Azərbaycan Prezidentinin saytı postsovet məkanında eyni vaxtda iPhone və iPad əlavələrinə malik olan yeganə internet-resursdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında