Ədliyyə Nazirliyində Gürcüstanın ölkəmizdəki səfiri ilə görüş keçirilmişdir

İyunun 8-də ədliyyə naziri Fikrət Məmmədov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq və səmərəli əməkdaşlığın dinamik inkişafı qeyd olunaraq, iki ölkənin ədliyyə nazirlərinin bu aylarda edilmiş qarşılıqlı səfərlərinin, keçirilmiş rəsmi görüşlərin, aparılmış faydalı danışıqların və təcrübə mübadiləsinin hüquqi sahədə əlaqələrin genişləndirilməsinə böyük təkan verdiyi vurğulanmışdır.
Səfir Azərbaycan ədliyyə nazirinə ötən ay Batumidə müasir Ədliyyə Evinin açılışında iştirak etdiyinə görə Gürcüstan tərəfinin təşəkkürünü çatdırmışdır.
Söhbət zamanı dövlətlərimizin ədliyyə orqanları arasında əlaqələrin daha da genişləndirilməsi, o cümlədən hüquqi yardım, məhkumların verilməsi və digər maraq doğuran məsələlər müzakirə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında