Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Elmar Məmmədyarov Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının intensivləşdiyini qeyd edən tərəflər "Şərq tərəfdaşlığı" proqramının əhəmiyyətini vurğulamışlar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Məmmədyarov məsələnin həlli ilə bağlı danışıqlar prosesi barədə ətraflı məlumat vermişdir. Nazir vurğulamışdır ki, Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılması, ölkəmizin ərazi bütövlüyünün bərpası və doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtması regionda sülhün və sabitliyin təmin olunması üçün başlıca şərtdir.
M.Layçak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə ümidvar olduğunu demişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında