Azərbaycanda adların verilməsi ilə bağlı tətbiq olunacaq yeni prinsiplər açıqlanıb

Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov uşaqlara adların verilməsi ilə bağlı tətbiq olunacaq yeni prinsipləri açıqlayıb.
"Vaxtı ilə Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatında (VVAQ) siyahı mövcud idi və o siyahıdan kənara çıxılmırdı. İndi həmin siyahı xeyli genişləndirilib və prinsiplər müəyyənləşdirilib", - deyə Cəfərov çərşənbə axşamı Trend-ə bildirib. Millət vəkilinin sözlərinə görə, eyni adın müxtəlif formalarda yazılmasının qarşısı alınacaq. Məsələn, "Müşviq", "Müşvik", "Müşfiq" kimi adlardan yalnız bir variant təqdim olunacaq".
Komitə sədri həmçinin bildirib ki, ikihərfli və ya üç adın birləşməsindən ibarət adın qoyulmasına icazə verilməyəcək. Ümumiyyətlə, iki addan ibarət olan adlara da müəyyən məhdudiyyətlər qoyulub və mümkün qədər Allahverdi, İmamqulu kimi adların qoyulması tövsiyə olunmur. Həddən artıq arxaik, kənardan gəlmə (Vera, Zara), və yaxud təcavüzkar şəxslərin (Andranik, Hitler, Stalin) adlarının qoyulmasına qadağa qoyulacaq.
Adlar və soyadlarla bağlı sənədin bu yaxınlarda Ədliyyə Nazirliyi tərəfindən Milli Məclisə təqdim edilməsi gözlənilir.
"Lakin yeni tərtib olunan siyahıya düşməyən gözəl bir ad ola bilər ki, o, Azərbaycan Milli Elmlər Akademiyasının xüsusi komissiyasının rəyi əsasında uşağa verilə bilər", - deyə komitə sədri bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında