Venesiya Komissiyası "Siyasi partiyalar haqqında" qanun layihəsinə dəyişikliklərlə bağlı həmməruzəçilər təyin edəcək

Bu günlərdə Venesiya Komissiyası Azərbaycan hakimiyyətindən "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərə baxmaqla bağlı sorğu alıb və bu layihə üzərində konstruktiv iş aparılacağına ümid edir. Bu barədə çərşənbə axşamı telefonla Trend-ə Avropa Şurası Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov deyib.
Onun sözlərinə görə, gələn həftə plenar iclas keçiriləcək. İclasda bu məsələ ilə bağlı həmməruzəçilər təyin ediləcək. Bundan sonra Venesiya Komissiyası "Siyasi partiyalar haqqında" qanunun mətni üzərində düzəlişlərə başlayacaq.
"Lazım olsa, son rəy verilənədək layihəni hazırlayanlarla fikir mübadiləsi aparmağa hazırıq. Ümid edirik ki, layihə artıq payızda hazır olacaq", - deyə Kuznetsov qeyd edib.
Milli Məclisin payız sessiyasında "Siyasi pratiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər. Siyasi partiyalar mövcud "Siyasi pratiyalar haqqında" qanuna partiyaların maliyyələşdirilməsi və ya yeni qanunun qəbul edilməsi məsələsi ilə bağlı əlavə və dəyişikliklərin edilməsi üçün təkliflər irəli sürüblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında