MDB üzrə 1941-1945-ci illər müharibəsi iştirakçılarına dövlət tərəfindən verilən birdəfəlik maddi yardımların ən yüksək məbləği Azərbaycanda qeydə alınmışdır

Mayın 6-da Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sumqayıt şəhər şöbəsində 1941-1945-ci illər müharibəsində Qələbənin 65-ci ildönümü ilə əlaqədar bir qrup Böyük Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilmişdir.
Tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov bildirmişdir ki, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli liderimizin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
DSMF sədri diqqətə çatdırmışdır ki, artıq ötən həftə 1941-1945-ci illər müharibəsi iştirakçılarına 500 manat, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə isə 200 manat birdəfəlik maddi yardımın çatdırılması yekunlaşmışdır. MDB üzrə 1941-1945-ci illər müharibəsi iştirakçılarına dövlət tərəfindən verilən birdəfəlik maddi yardımların ən yüksək məbləği Azərbaycanda qeydə alınmışdır. Məsələn, Qazaxıstanda bu məbləğ Azərbaycan manatı ilə götürsək təxminən 357 manat, Ukraynada 100 manat, Belarusda 135 manat, Rusiyada 138 manat və s. təşkil etmişdir. Bundan başqa, Böyük Vətən müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılmışdır.
Daha sonra çıxış edən Böyük Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Görüşdə vurğulanmışdır ki, məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra Böyük Vətən müharibəsi iştirakçılarına qarşı yaranan ögey münasibət aradan qalxmış, müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı göstərilmişdir. Hazırda bi siyasəti ölkə Prezidenti İlham Əliyev davam etdirir.
Sonda Böyük Vətən müharibəsi iştirakçılarına xatirə hədiyyələri təqdim olunmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında