İsveç Krallığının Sosial Sığorta Agentliyi ilə qarşılıqlı əməkdaşlıq əlaqələri yaradılır

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan redaksiyaya bildirmişlər ki, 2011-ci il iyunun 8-dən 12-dək İsveç Krallığının Sosial Sığorta Agentliyinin Baş direktoru xanım Adriana Lenderin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.
Nümayəndə heyətinin tərkibinə Sosial Sığorta Agentliyinin icraçı direktoru Per Akensson, qurumun Baş məsləhətçisi xanım Bodhi Peris və digər şəxslər daxildir. Səfər zamanı Dövlət Sosial Müdafiə Fondu və İsveç Krallığının Sosial Sığorta Agentliyi arasında qarşılıqlı təcrübə mübadiləsi aparılacaq, gələcək əməkdaşlığı nəzərdə tutan məsələlər müəyyənləşdiriləcək. Fondda nümayəndə heyəti ilə görüşdən sonra İsveç nümayəndə heyəti bu ölkənin sığorta-pensiya sisteminin inkişaf istiqamətlərini, mövcud vəziyyətini özündə əks etdirən təqdimatla çıxış edəcək.
Səfər çərçivəsində nümayəndə heyəti Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Ölkəmizdə olduqları müddətdə isveçli qonaqlar Dövlət Sosial Müdafiə Fondunun bir sıra rayon şöbələrinin fəaliyyəti ilə də tanış olacaqlar.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında