"Atena" - etibar edə biləcəyiniz süd məhsulu

Müasir ərzaq bazarı geniş çeşidlər,məhsullar təklif edir, lakin onların əksəriyyətinə bəzən insan sağlamlığına zərər verən müxtəlif qida əlavələri qatılır, həqiqi ekoloji təmiz məhsullara isə az təsadüf olunur. 
Müasir avadanlıqların köməyi ilə qatqılar əlavə olunmadan tamamilə təmiz məhsul istehsal edən müəssisələrdən biri cari ilin mayında açılmış "Atena" süd zavodudur.
Zavodda süd məhsullarının istehsalı zamanı Extended Shelf Life (ESL) adlı yeni emal texnologiyasından istifadə olunur. Bu texnologiyadan ABŞ, Avropa dövlətləri və digər inkişaf etmiş ölkələrin qabaqcıl süd məhsulları istehsalçıları istifadə edir. Azərbaycanda isə o ilk dəfə tətbiq olunur.
Bu texnologiyanın əsas üstünlükləri ondan ibarətdir ki, sterilləşdirilmiş süddən fərqli olaraq, "Atena" zavodunun istehsal etdiyi süd özündə təmiz (təzə) südün bütün faydalı xassələrini saxlayır.
Südün toplanmasından rəflərə yerləşdirildiyi ana qədər bütün süd məhsulları 100 növ təhlildən keçir ki, bu təhlillərin 98-i südün üzərində aparılır. Zavodun işçilərinin xüsusi geyimləri hər gün dəyişdirilir, işçilərin əlləri və ayaqqabıları isə xüsusi dezinfeksiyaedici vasitələrlə təmizlənir.
"Atena" süd zavodu süd, ayran, qatıq, pendir, homogenləşdirilmiş (qaymağı içində) qatıq kimi ekoloji cəhətdən bir sıra təmiz məhsullar istehsal edir. Burada yaxın zamanlarda xama, kəsmik, kərə yağı, yoqurtlar, "brınza", "holland", "mosarella", əridilmiş pendir kimi müxtəlif pendir növləri istehsal etmək planlaşdırılır.
"Atena" süd zavodunun məhsullarının əsas üstünlüyü ondadır ki, onlar təbii, ekoloji cəhətdən təmiz xammaldan hazırlanır. Proses zamanı heç bir konservantlardan, aşqarlardan və əlavə qatqılardan istifadə olunmur. Bundan əlavə, istehsalat zamanı bir neçə təmizləmə mərhələsindən keçmiş tamamilə təmiz sudan istifadə edilir.
"Atena" süd zavodunun fəaliyyəti İSO 22000 (menecment və gigiyena üzrə beynəlxalq standart) və BRC (British Retail Council) standartlarına tam cavab verir.
Cari ilin sonunadək kənd təsərrüfatına dəstək dövlət proqramı sayəsində "Atena" süd zavodu, müəssisəni yüksək keyfiyyətli südlə təmin etmək üçün 3000 baş mal-qaralıq özəl ferma açmağı planlaşdırır.
"Atena" süd zavodunun işinə hazırda 18 kənddən 1000 fermer cəlb olunub, zavod 150-yə yaxın insanı işlə təmin edir. Müəssisə 3 növbədə işləyərək sutka ərzində 400 ton süd istehsal edir.
"Danone" şirkətinin mütəxəssisləri ilə daim məsləhətləşən "Atena" süd zavodunda, növbəti aylarda "Danone" məhsulları da istehsal ediləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında