Türkiyədə ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə tədbirlər keçiriləcəkdir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə ölkəmizin Türkiyədəki səfirliyi bir sıra tədbirlər keçirəcəkdir.
Səfir Zakir Həşimov mayın 10-da "TRT Avaz" və İctimai TV-nin müştərək hazırladığı "Yenigün" proqramında iştirak edəcək, ümummilli liderimizin həyat və fəaliyyəti ilə bağlı sualları cavablandıracaqdır. Bu televiziya kanalında səfirliyin təqdim etdiyi Heydər Əliyev və Zərifə Əliyevanın həyatına həsr edilmiş "Bir məhəbbətin tarixçəsi" sənədli filmi də nümayiş etdiriləcəkdir.
Həmin gün Ankaradakı Heydər Əliyev parkı ziyarət ediləcək,ulu öndərin abidəsi önünə əklil qoyulacaqdır. Ziyarətdə soydaşlarımız, Heydər Əliyev adına məktəbin müəllim və şagird heyəti, Ankarada təhsil alan tələbə və müdavimlərimiz, Ankara ictimaiyyəti və mətbuat nümayəndələri iştirak edəcəklər. Sonra səfirliyimizdə Heydər Əliyevin xatirəsinə həsr olunan anma tədbiri keçiriləcəkdir. Tədbirin bədii hissəsində Azərbaycan bəstəkarlarının əsərləri canlı ifa olunacaqdır.
Mərasimə Türkiyənin rəsmi dairələrinin, ictimaiyyətin nümayəndələri, səfirliklərin əməkdaşları, soydaşlarımız, tələbələr, yerli jurnalistlər dəvət edilmişlər.
Ulu öndərin əziz xatirəsi İstanbul, İzmir, Qars və digər şəhərlərdə də yad olunacaq, müxtəlif tədbirlər keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri,
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında