"Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabı türk dilində nəşr olunmuşdur

Türkiyənin Dialoq-Avrasiya Platformunun "DA Yayınçılık" nəşriyyatı Hidayət Orucovun "Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabını türk dilində nəşr etmişdir.
Nəfis üslubda nəşr edilmiş kitab dünya şöhrətli siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dünyəvi dövlət quruculuğu və milli siyasət sahəsindəki çoxşaxəli səmərəli fəaliyyətinə həsr olunmuşdur.
Keçən əsrin 60-cı illərindən başlayaraq Azərbaycan kontekstində "sovet ideologiyası və millilik" məsələlərini görkəmli şəxsiyyətin siyasi bioqrafiyasında işıqlandıran kitab indiyədək bir çox dillərə - rus, ingilis, gürcü və ərəb (iki dəfə) dillərinə tərcümə olunaraq yayılmışdır.
Türkdilli oxuculara ərməğan olunan kitab müəllifin "Əkiz qardaşıma" adlı ön sözü ilə açılır. Ön sözdə Azərbaycan-Türkiyə münasibətlərinin milli-mənəvi kökləri xatırlanmış, "Azərbaycanın sevinci - sevincimiz, kədəri - kədərimizdir" deyən Atatürkün, "Biz bir millət, iki dövlətik" söyləyən ulu öndər Heydər Əliyevin konseptual fikirləri istiqamətində hazırkı əlaqələrin bəzi aspektlərinə toxunulmuşdur.
Keçmiş sovet dövrünün məhdud imkanlarından maksimum istifadə edərək Azərbaycanda milli şüurun dirçəldilməsi, milli ruhlu ziyalıların repressiya və təzyiqlərdən qorunması, mədəniyyətin, elmin, təhsilin inkişaf etdirilməsi, dövlət strukturlarındakı yüksək vəzifələrə milli kadrların yerləşdirilməsi, onlara mənəvi dəstəyin artırılması, güclü sənaye və kənd təsərrüfatının təşkili bu gün Azərbaycanda həyata keçirilən geniş quruculuq işləri üçün tarixi hazırlıq mərhələsi hesab olunur. Kitabda görkəmli dövlət xadimi Heydər Əliyevin nəhəng fəaliyyəti nəticəsində həmin təməllər üzərində formalaşmış milli-mənəvi özgürlük konsepsiyası və onun həyata keçirilməsi, demokratik Azərbaycan cəmiyyətinin dünyaya inteqrasiyası məsələləri də ətraflı işıqlandırılmışdır.
Kitabdan siyasi tədqiqatçılar, ali məktəb müəllimləri və tələbələrlə yanaşı, Azərbaycanda dövlət quruculuğu məsələləri ilə maraqlanan geniş oxucu auditoriyası da faydalana bilər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında