ABŞ Dövlət Departamentinin ixrac nəzarəti sahəsində Cənubi Qafqaz üzrə nümayəndəsi Azərbaycana səfərə gələcəkdir

Sinqapurda keçirilmiş "Yayılmama üzrə şəbəkənin qurulması: 12-ci beynəlxalq ixrac nəzarəti" konfransı çərçivəsində Azərbaycandan olan nümayəndə heyəti ilə ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və Yayılmama Bürosunun ixrac nəzarəti üzrə əməkdaşlıq ofisinin direktoru Justin Friedman arasında görüş keçirilmişdir.
Görüşdə ixrac nəzarəti üzrə əməkdaşlıq ofisinin yeni təyin olunmuş rəhbəri xanım Elizabeth Helen Rood da iştirak etmişdir.
Bildirilmişdir ki, E.H.Rood vəzifəsinin icrasına iyunun sonundan başlayacaqdır. İxrac nəzarəti sahəsində Cənubi Qafqaz regionu ölkələri ilə əməkdaşlığın da daxil olacağı yeni vəzifəsində isə J.Friedman sözügedən regiona səfər edəcəkdir.
J.Friedman Azərbaycan gömrük xidməti əməkdaşlarının İxrac Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində ABŞ-da keçdikləri təlim kurslarının əhəmiyyətini də vurğulamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında