Dövlət Gömrük Komitəsinin əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar

Dövlət Gömrük Komitəsinin əməkdaşları ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı mayın 6-da Heydər Əliyev Fondunda olmuşlar.
Qonaqlara fondun tarixi və fəaliyyəti barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan fond yarandığı gündən səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə bir sıra layihələr həyata keçirmişdir.
Qonaqlar ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif orden və medallara baxmışlar.
Qeyd edilmişdir ki, Azərbaycanın ən yeni tarixinin yaradıcısı və qurucusu - ümummilli liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə olunmuşdur. Ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövr tariximizə sabitlik və inkişaf dövrü kimi daxil olmuşdur.
Gömrükçülər ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən "Böyük ömrün anları" filminə də maraqla baxmışlar.
Qonaqlar fonddan zəngin təəssüratla ayrılmışlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında